Bakıda mikroavtobus yük maşınına çırpıldı

Bakıda mikroavtobus yük maşınına çırpıldı

20 İyul 2018 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib. Lökbatan qəsəbəsi ərazisində "QazEL" markalı, 10 JJ 753 dövlət qeydiyyat nişanlı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan 13 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb. Yaralıların əksəriyyəti qadınlardır.

Faktla bağlı araşdırmalara başlanılıb.(lent.az)