Rumıniyada qırıcı təyyarə qəzaya uğrayıb

Rumıniyada qırıcı təyyarə qəzaya uğrayıb

8 İyul 2018 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Rumıniyada qırıcı MiQ-21 Lancer təyyarəsi Feteşti hərbi-hava bazası yaxınlığında qəzaya uğrayıb.

Azadinform xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Ölkənin Milli Müdafiə Nazirliyinin saytında yayılan məlumata görə, hadisə zamanı pilot 36 yaşlı leytenant Florin Rotaru həlak olub. O, 861-ci eskadrilyanın əsas qırıcısı olub.

Qəzanı Rumıniyanın Müdafiə Nazirliyinin xüsusi komissiyası araşdıracaq.