
"Qızıl Xaç" nümayəndələri əsirlikdə olan 3 erməni hərbçisi və 5 mülki şəxsi ziyarət etdi
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verir ki, BQXK nümayəndələri dekabrın 21-də Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Azərbaycanda saxlanılan şəxslərə 3 "Qızıl Xaç" məktubu çatdırılıb, onlardan isə 6 "Qızıl Xaç" məktubu alınıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var. Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Əsirlərdən 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.
O.M.