
Cəbhədə son vəziyyət
Düşmən cavab atəşi ilə susduruldu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 21-də saat 14.30-dan 14.40-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.25-dən 14.40-dək və 22.30-dan 22.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər