"Aqua Park"da baş verən faciədə  1nəfər ölüb

"Aqua Park"da baş verən faciədə 1nəfər ölüb

6 İyul 2018 09:09
Bəyəndim (0) Bəyənmədim (0)

Novxanıda yerləşən "Aqua-Park"da baş verən ölüm hadisəsinin bəzi təfərrüatları ortaya çıxıb.

Lent.az-a açıqlama verən əyləncə mərkəzinin meneceri Sevinc Rəşidova bildirib ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları var və məsələni araşdırırlar:

"Bizi yaxına buraxmırlar. Ona görə ölən şəxsin kimliyi bilmirəm. Mərhumu morqa aparıblar. Bildiyimiz odur ki, Azərbaycan vətəndaşıdır. Bizə belə bir məlumat daxil olub ki, həmin şəxsin hər hansısa bir xəstələliyi, konkret olaraq qıc olması olub".

Menecer onu da qeyd edib ki, istirahətə gələn şəxslərin toqquşmasından söhbət gedə bilməz: "Toqquşma halı ola bilməz. Bizdə hər yerdə- yuxarıda və aşağıda nəzarət var. Hazırda nəzarətçilər hüquq-mühafizə orqanı nümayəndələri tərəfindən dindirilirlər".

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə isə, əyləncə mərkəzində istirahət edən 1983-cü il təvəllüdlü Zamiq Nağıyev attraksiondan yıxılaraq ölüb.