Öldüyü hesab edilən qadın morqda dirilib

Öldüyü hesab edilən qadın morqda dirilib

3 İyul 2018 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Afrika Respublikasında (CAR) bir qadın morqun soyuducusunda "dirilib".

Məlumata görə, Yohannesburq şəhərində ağır yol qəzasına düşən qadını həkimlər ölmüş hesab edib.

Daha sonra onu soyuducudan çıxaran işçilər qadının nəfəs aldığını müəyyən edib.

Hadisədən sonra qadın xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. (trend)