Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının toplantısını keçirdi

Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının toplantısını keçirdi

21 Dekabr 2011 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı şəhərində Qafqaz Xalqları Ali Dini Şurasının toplantısı keçirilib. Toplantıda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə hesabat xarakterli çıxış edib. A.Paşazadə Qafqazda dini vəziyyət, xalqlar arasında sülh və əmin-amanlığın bərqərar olması üçün din xadimlərinin üzərinə düşən məsuliyyət barədə danışıb. Sonra toplantıda Rus Provoslav kilsəsinin Bakı Yeparxiyasının yepiskopu Aleksandr İşien, Çeçenistan Respublikasının müftisi, Qafqaz Xalqlarının Ali Dini Şura sədrinin birinci müavini Soltan Mirzəyev və digərləri çıxış ediblər.

O.M.