
İsrail öz ərazilərini Livandan atəşə tutur
Livanın "Daily Star" qəzeti bu ölkənin Müdafiə naziri Fayez Qxosnaya istinadən məlumat verir ki, qonşu İsrailin ordusu vəziyyəti gərginləşdirmək üçün Livanın cənubunda nəzarətsiz ərazilərdən öz ölkəsini raket atəşinə tutur. Məqsəd gərginlik fonunda Livana hücum üçün ictimai fikir yaratmaqdır. Müdafiə naziri qəzetə müsahibəsində deyib: "Livanın cənubundan İsrailə mistik raketlər atan tərəf məlumdur. Bu, Livanın düşməni İsraildir. İsrail sakitlik və stabilliyin qorunub saxlanılmasında maraqlı deyil."
Xatırladaq ki, dekabrın əvvəllərindən başlayaraq İsrail ərazisinə 4 "Qrad" tipli raket buraxılıb. 19 dekabr günü Livan tərəfi İsrailə tuşlanmış daha 4 raketi aşkar edib və ictimaiyyətə nümayiş etdirib.
Yalançının evi yandı, heç kim inanmadı...
Hafiz Əhmədov
O.M.