Türkiyəli deputatın Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı fransalı deputat zalı tərk etdi

Türkiyəli deputatın Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı fransalı deputat zalı tərk etdi

21 Dekabr 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən konfransda Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı çıxış edərkən Fransa parlamentinin üzvü Raşida Dati zalı tərk edib.

Çıxışında uydurma "erməni soyqırımı" ilə bağlı son proseslərə toxunan Mustafa Kabakçı "Tarixlə tarixçilər məşğul olmalıdır" söyləyib.
Jurnalistlər zalı tərk edən Raşida Datiyə yaxınlaşıb, zalı tərk etməsinin səbəbini öyrənmək istəsələr də, qonaq açıqlama verməyib. Qeyd edək ki, R.Dati Avropa Parlamentinin də üzvüdür.
M. Kabakçı isə açıqlamasında çıxışı zamanı fransalı deputatın zalı tərk etməsindən xəbərsiz olduğunu bildirib.
Xatırladaq ki, Fransa parlamenti dekabrın 22-də uydurma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edəcək.

O.M.