
Silvio Berluskoninin nikahdan kənar qızı oldu
Körpənin anası başqa kişinin adını çəkdi
İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin nikahdan kənar cinsi əlaqədə olduğu mərakeşli Kərimə əl Maruq bir neçə saat əvvəl qız anası oldu. Sky Italia televiziya kanalının məlumatına görə, 19 yaşlı rəqqasə uşağın atasının 42 yaşlı gecə barının müdiri Luka Risso olduğunu bildirib. Dəfələrlə pul müqabilində sabiq Baş nazirin gecəlik qonağı olan Kərimə həm də "Rubi, ürək oğrusu" təxəllüsü ilə məşhur idi. Hamı bilirdi ki, Berluskoni onu çox sevir və onunla tez-tez görüşür. Hətta Kərimə 17 yaşından Baş nazirə məşuqəlik edib. Odur ki, italiyalılar körpənin 74 yaşlı Silviodan olduğuna şübhə etmirlər.
Bir parça əti Sivionun başına oyun açır. Yəni dilini dinc qoysaydı, hələ vəzifəsində qalmışdı...
Fuad Borçalı
O.M.
Digər xəbərlər