Özünü avtobusdan yerə atıb öldürdü

Özünü avtobusdan yerə atıb öldürdü

26 İyun 2018 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Xızıda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə Xızının Giləzi qəsəbəsində qeydə alınıb. Avtobusda qaz qoxusunun gəldiyini hiss edən 50 yaşlı Naibə Rzayeva içəridəki maye qaz balonunun partlayacağını düşünərək özünü hərəkətdə olan nəqliyyat vasitəsindən yerə atıb. Kəllə-beyin travması alan qadın hadisə yerində dünyasını dəyişib.