
Tatarıstanda yaşayış binasında partlayış - Ölən və yaralananlar var
Tatarıstanın Zainsk şəhərində yaşayış binasında partlayış baş verib.
"Qafqazinfo"nun Rusiya KİV-nə istinadən məlumatına görə, hadisə binanın 4-cü mərtəbəsində yerləşən mənzillərin birində qaz sızması nəticəsində yaşanıb. Partlayış nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölən evin damında havalandırma sisteminin təmizlənməsi ilə bağlı təmir işi aparan fəhlə olub.
İnsidentlə bağlı cinayət işi açılıb.
Digər xəbərlər