Oğuzda zəlzələ: Şəkidən 14 kilometr şərqdə

Oğuzda zəlzələ: Şəkidən 14 kilometr şərqdə

23 İyun 2018 06:19
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 22-də Şəkidən 14 kilometr şərqdə - Oğuz rayonu ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a bildirilib ki, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 23:44:17-də qeydə alınıb.

Ocağı 6 kilometr dərinlikdə yerləşən zəlzələ 3 bala qədər hiss olunub.