
Tarlada növbəti kütləvi zəhərlənmə: 80 nəfər...
İmişli rayonunda pambıq sahəsində işçilər zəhərlənib.
Report xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan işçilər zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla işçi İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".
***
İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib.
Məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.
Qeyd edək ki, bundan öncə Saatlı və Tərtərdə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.