Yaponiyada 6,1 bal gücündə zəlzələ: 3 ölü, 200 yaralı

Yaponiyada 6,1 bal gücündə zəlzələ: 3 ölü, 200 yaralı

18 İyun 2018 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya silkələnməkdə davam edir. Son məlumata görə, təbii fəlakət nəticəsində 3 nəfər ölüb, azı 200 nəfər yaralanıb. Su borularında problem yaranıb, qatar səfərləri təxirə salınıb. Osakanın yaxınlığında yerləşən Mihama, Takahama və Ohi Atom Elektrik Stansiyalarında zədənin yaranmadığı deyilir.

***
Yaponiyanın 2-ci ən böyük şəhəri Osakanın şimalında güclü zəlzələ meydana gəlib.

Qaynarinfo xəbər verir ki, zəlzələnin gücü 5,9 bal qiymətləndirilib. Təkanla əlaqədar sunami xəbərdarlığı edilməyib.

Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.