Tovuzda müəllim son zəngdə öldü

Tovuzda müəllim son zəngdə öldü

14 İyun 2018 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.