Ən fəal ictimai təşkilatı müəyyən etmək üçün QHT-lərin yarışması keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə fəaliyyəti, aktivliyi ilə seçilən QHT-ni müəyyən etmək üçün sorğu keçirir. Hələlik sorğuda "Azərbaycan Hüquqşünaslar Konfederasiyası" 350 səslə 21 faiz nəticəni əldə edib ki, bu da təşkilata liderlik mövqeyinə çıxmağı təmin edib. 2-ci yerdə "XXI Əsrin Qadınları İctimai Birliyi" 276 səslə 17 faizlik nəticəni göstərib. 3-cü mövqedə 171 səs və 11 faizlik nəticə ilə "Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi" bərqərar olub.
Xatırladaq ki, səsvermə ilin sonuna qədər davam edəcək. Adı siyahıda olmayan təşkilatlar da müsabiqəyə qoşula bilərlər. Qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mükafatları ilə təltif ediləcəklər.
O.M.






























































































