
Azərbaycanda daha 2 gün hava isti keçəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah-dekabrın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 18-də hava şəraitinin
gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman
olacağı, qıraq şərq rayonlarında isə çiskinli olacağı ehtimalı var. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək
isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə
isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu
7-12 dərəcə şaxta təşkil edəcək.
O.M.