Balakəndə 680-dən çox evi su basıb, 8 körpünü sel aparıb

Balakəndə 680-dən çox evi su basıb, 8 körpünü sel aparıb

12 İyun 2018 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən rayonunda Dəli çayın daşması nəticəsində 8 avtomobil körpüsünü sel aparıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Katex kənd icra numayəndəliyindən məlumat verilib.

Eyni zamanda 680-dən çox evin həyətinə və zirməsinə su dolub, bir neçə piyada keçidi uçub.

* * *

Balakən rayonunun Katex kəndi ərazisindən axan Dəli çay daşıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında başlayan leysan xarakterli yağış nəticəsində çay məcrasından çıxıb.

Nəticədə Katex kəndinə ziyan dəyib, evlərin əksəriyyətinin zirzəmiləri və həyətləri su altında qalıb.