Ermənistan Ordusu Qarabağ cəbhəsində atəşkəsi pozdu

Ermənistan Ordusu Qarabağ cəbhəsində atəşkəsi pozdu

17 Dekabr 2011 10:02
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmən cavab atəşi ilə susduruldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 16-da saat 10.45-dən 10.50-dək və 11.05-dən 11.10-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 17-də saat 00.10-dan 00.30-dək və 01.40-dan 01.50-dək Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.