ABŞ məhkəməsi: "İran "11 sentyabr"ın təşkilatçısıdır"

ABŞ məhkəməsi: "İran "11 sentyabr"ın təşkilatçısıdır"

17 Dekabr 2011 02:36
Bəyəndim (0) Bəyənmədim (0)
Şəhid ailələrinə təzminat məsələsi həll olunacaq kimi görünmür

Manhetten bölgə məhkəməsi 2001-ci il 11 sentyabr terrorunda İranın əli olduğu qənaətinə gəlib. Bununla da bu ilin may ayında şəhid ailələrinin vəkillərinin məhkəməyə təqdim etdikləri iddia ərizələri təmin olunub. Nyu-York prokurorluğuna istinadən xəbər yayan İtar-Tass agentliyi məlumat verir ki, məhkəməyə qarşı tərəfin nümayəndələri gəlmədikləri üçün cümə günü onlar barəsində qiyabi hökm çıxarılıb. Lakin iddiaçıların müttəhimlərdən kompensasiya ala bilmələri məsələsi hələ də həllini tapa bilməyib. Belə ki, müttəhimlər kürsüsündə "Taliban", "Əl Qaidə", İranın maliyyələşdirdiyi "Hizbullah" nümayəndələri, həmçinin bəzi İran rəsmiləri, o cümlədən ali dini lider Ayətulla Əli Xameneyi oturmalı idi. İddiada bildirilirdi ki, İranın şiə rejimi ABŞ-a qarşı mübarizədə sünni qruplaşmaları ilə birləşib. Onlar birlikdə 11 sentyabr terrorunu hazırlayıblar. Məhkəmənin fikrincə, onları birləşdirən qüvvə 2008-ci ildə öldürülmüş "Hizbullahın" səhra komandiri İmad Muqniya idi. Məhz İ.Muqniya 1993-cü ildə U.Ben Ladenlə yaxından tanış olmuş, ona terrorun sirlərini öyrətmişdi. Belə ki, "Hizbullah" hələ 80-ci illərdə Livanda ABŞ qoşunlarına qarşı uğurlu əməliyyatlar həyata keçirməklə düşmən qüvvələri ölkədən çıxara bilmişdi.

İsmarışla Həcc qəbul olmadığı kimi, qarşı tərəfin fikrini dinləmədən ədalətli hökm çıxarmaq olmur...

Sərvər Aslanov

O.M.