"Jurnalistlər arasında əməkdaşlıq və həmrəylik yoxdur"

"Jurnalistlər arasında əməkdaşlıq və həmrəylik yoxdur"

16 Dekabr 2011 22:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün Azərbaycan jurnalistikasında həmkarlar təşkilatları yox səviyyəsindədir". Bu fikri "Azərbaycanda jurnalistlərin həmkarlar hərəkatının durumu və gələcək inkişafı" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı səsləndirib: "Şəxsi münasibətlər səviyyəsində görülən bəzi işləri nəzərə almasaq, jurnalistlər arasında əməkdaşlıq və həmrəylik yoxdur. Həmkarlar təşkilatı müstəqil orqan kimi jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olmalıdır. Ümid edirəm ki, görülən işlər gələcəkdə öz bəhrəsini verəcək". Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) hüquq bölməsinin müdiri Leyla Acalova da səslənən fikri təsdiqləyib. "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas da öz növbəsində bildirib ki, jurnalistlərin həmkarlar təşkilatının olmaması medianın fəaliyyətində özünü göstərir. Sonda konfransın Bəyannaməsi müzakirə olunaraq yekdilliklə qəbul edilib.

O.M.