
İrlandiya yaxınlığında neftlə dolu tanker batmaq üzrədir
Genmar şirkətinə məxsus 55 ton neftlə dolu tanker Şimali İrlandiya sahilləri yaxınlığında batmaq üzədir. Xilasedicilər gəmiyə yaxınlaşmaqda olsalar da, heyət Belfast limanına doğru irəliləyir və sağ-salamat limana çatacağına ümid edir.
Belfast Telegraf xəbər agentliyinin məlumatına görə, tankerdə 23 nəfər var. Gəmi İrlandiyanın 23 mil məsafəsində batmağa başlayıb. Belə ki, korpusda böyük bir çatlaq əmələ gəlib. Bu çatlaq hələ gəmi Rotterdamdan Nyu-Yorka üzərkən aşkar edilmişdi, lakin təhlükəli sayılmamışdı. Ona görə də səyahətinə davam etmişdi. İndi isə vəziyyət son dərəcə ağırdır. Şimali İrlandiya paytaxtının limanından təxminən 40 dəniz mili uzaqlıqda olan tanker hərəkətdə olsa da, anbaan batmaqdadır.
RİA.Novosti xəbər agentliyinin məlumatına görə, xilasedicilərlə dolu hərbi gəmi ən yaxşı halda hadisə yerinə şənbə günü səhər çata biləcəklər.
Yanacaq dolu tankerin ekipajı dərd oduna yanır...
Fuad Borçalı
O.M.