Gürcüstandan Ermənistana hərbi yük daşınmayacaq
Dünən Gürcüstan parlamenti 84 səs çoxluğu ilə Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana hərbi yüklərin daşınması haqda müqavilənin vaxtını uzatmamaq haqda qərar çıxarıb.
Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bunu 2008-ci il hadisələri ilə əlaqələndirir.
Xatırladaq ki, 2006-cı ildə 5 il müddətinə bağlanmış müqavilə Ermənistanda dislokasiya olunan Rusiyanın 102-ci hərbi hissəsinin təchizatının Gürcüstan üzərindən təşkilini nəzərdə tuturdu.
O ki qaldı 102-ci hərbi hissəyə, onun Ermənistanda qalma müddəti nəzərdə tutulduğu kimi 25 il yox, 49 ilədək uzadıldı.
Rusiyanın bir əyalətinə çevrilmiş Ermənistan həmişəki kimi heç bir söz hüququna sahib deyil və bu tendensiya ən az 49 il davam edəcək...
Natiq Qocaman
O.M.
Digər xəbərlər