Qazaxıstanda Twitter bağlandı

Qazaxıstanda Twitter bağlandı

16 Dekabr 2011 20:08
Bəyəndim (0) Bəyənmədim (0)
Bu saata 17 ölü, yüzlərlə yaralı var

Qazaxıstanın Janaozen şəhərində bu gün baş qaldırmış qiyam ölkənin bir çox əyalətlərinə yayılıb. Etirazların belə tezliklə kütləviləşməsinə səbəb sosial şəbəkələrdə insanların yazışması, operativ şəkildə məlumat paylaşmasıdır.

Gazeta.ru saytının məlumatına görə, artıq Qazaxıstanda Twitter sosial şəbəkəsi bağlanıb. Bu gecə Janaozen şəhərinə hərbi texnika və əsgəri qüvvələrin daxil olacağı gözlənilir. Şəhərdə toqquşmalar davam etməkdədir. Əhali yarım ildir tətil edən neftçilərlə həmrəy olmaq üçün küçələrə axışır. Bu ana olan məlumata görə, 3 polis işçisi və 14 dinc sakin ölüb, yüzlərlə yaralı var.

Mütəxəssislərin fikrincə anonimayzer proqramlarının köməyi ilə qoyulmuş bloku adlayaraq Twitter sosial şəbəkəsinə daxil olmaq hələ ki mümkündür.

Qazaxıstanın İngiltərədə yaşayan tanınmış müxalifətçisi Yerjan Dosmuxammedov Twitter səhifəsində məlumatlarını bölüşür və CNN, BBC, Al Jazeera kanallarını fəal olmağa səsləyir.

Oxumeni.az xəbər verdiyi kimi, insident bu gün ölkə müstəqilliyinin 20 illik yubileyinin qeyd olunması zamanı başlayıb.

Qazaxların "Beşparmak" adlı milli yeməkləri var. İri buynuzlu heyvanın başı qaynadılaraq bişirilir və bir neçə hissəyə parçalanaraq 5 barmaqla yeyilir.

Sərvər Aslanov

O.M.