VİDEO-Qazaxıstanda "Ərəb baharı" başladı

VİDEO-Qazaxıstanda "Ərəb baharı" başladı

16 Dekabr 2011 17:09
Bəyəndim (0) Bəyənmədim (0)
Neftçilərlə polis arasında qarşıdurmada 5 nəfər öldü

Bu gün Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində tətil edən neftçilərlə polislər arasında qalmaqal yaşanıb. Qalmaqal tezliklə minlərlə insanın etiraz aksiyasına çevrilib.

İtar-Tass xəbər agentliyinin məlumatına görə, qarşıdurmada hələlik 5 nəfər qətlə yetirilib.

Maraqlıdır ki, etiraz aksiyası Qazaxıstanın müstəqilliyinin 20 illik yubileyi münasibəti ilə təşkil olunmuş bayram tədbirində alovlanıb. Daha dəqiq desək, etiraz tətilinə çıxan neftçilərin toplaşdıqları meydanda bayram tədbirləri keçirilməli idi. Dəyənəklərlə və "Molotov kokteyli" ilə silahlanmış tətilçilər bayram tədbirinə müdaxilə ediblər.

Qazaxıstanın müxalifətyönlü "Республика" qəzetinin məlumatına görə, çaxnaşmaya dövlət rəsmiləri özləri səbəb olublar. Belə ki, uşaq və gənclərə tapşırılmışdı ki, əllərində bayraq məhz tətilçilərin toplaşdıqları yerdən keçsinlər. Bu zaman neftçilər onları saxladılar və bunun ardınca polis onlara qarşı hücuma keçdi. Uşaq və gənclər dağılışsalar da, tətilçilərlə polislər arasında kütləvi dava başladı. Hadisə yerinə əlavə polis dəstələri cəlb edildi və hər tərəf dövrəyə alındı. Vilayətdə mobil rabitə kəsildi, eyni zamanda giriş-çıxışlarda patrul postları quruldu.

Analitiklərin fikrincə, bu, 20 ildir prezident kürsüsünü heç kimlə bölüşmək istəməyən 74 yaşlı Nursultan Nazarbayevin diktaturasının süqutuna doğru atılan ilk addımdır.

Hər şeyin əvvəli olduğu kimi axırı da olur. İnsan həyata gələndə ağladığı kimi, gedəndə də göz yaşları içərisində yola salınır

Sərvər Aslanov

O.M.