
TQDK 6 yeni test modelini qəbul etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, TQDK III və IV ixtisas qrupları üzrə yeni test modelinin müəyyənləşdirilməsi ilə bağlı müzakirə aparılıb. Riyaziyyat fənni üzrə keçirilən seminarda test modelinin formalaşdırılması ilə əlaqədar yaradılmış işçi qrupu tərəfindən test modeli üçün təklif olunmuş test tapşırıqları nümunələri müzakirəyə təqdim edilib. Seminarda 7 test tapşırığı müzakirə olunub. Test tapşırıqlarının hər biri mürəkkəblik dərəcəsinə, qabiliyyət göstəricilərinə görə və məzmun baxımından təhlil edilib. Müzakirələr nəticəsində redaktə xarakterli düzəlişlər nəzərə alınmaqla, 6 test tapşırığı qəbul olunub. Yeni test modeli 2012-ci ildə "Abituriyent" jurnalının birinci sayında dərc ediləcək.
O.M.