Dövlət Sərhəd Xidməti axtarışda olan 1307 nəfəri tutdu

Dövlət Sərhəd Xidməti axtarışda olan 1307 nəfəri tutdu

16 Dekabr 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sərhəd Xidmətində (DSX) 2011-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qurumun rəisi, general-leytenant Elçin Quliyev bildirib ki, bu il Azərbaycan sərhədçiləri tərəfindən qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 mütəşəkkil dəstə zərərsizləşdirilib. E.Quliyevin sözlərinə görə, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən 1 əcnəbi şəxs və terrorçuluğa qarşı mübarizə tədbirləri çərçivəsində xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 şəxs müəyyənləşdirilib.

Hesabat dövründə axtarışda olan 1307 şəxs DSX-nin əməkdaşları tərəfindən tutulub, 434 nəfərin ölkədən çıxışı qadağan edildiyi üçün Azərbaycandan çıxmasına icazə verilməyib. 251 nəfər isə ölkəyə girişi qadağan olunduğu üçün Azərbaycana buraxılmayıb.

O.M.