Alman turist “Hell”dən zəhərləndi

Alman turist “Hell”dən zəhərləndi

30 May 2018 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıya turist kimi gələn əcnəbi zəhərlənib.

Hadisə mayın 30-u gecə saat 01 radələrində baş verib.

Paytaxtın Nizami küçəsi (Tarqovıy) 50 ünvanında yerləşən "Hostel"də qalan İran əsilli Almaniya vətəndaşı, 1980-cı il təvəllüdlü Kərimi Əmir Abrus oğlu həddən artıq "Hell" enerji içkisi içdiyi üçün zəhərlənib. O, Kliniki Tibii Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün hələ dəı dindirilməsi mümkün olmayıb.

Ə.Kərimi mayın 29-da Azərbaycana gəlib.(Qafqazinfo)