
Azərbaycanda daha 3 gün hava mülayim olacaq
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və
Abşeron yarımadasında dekabrın 16-da buludlu hava şəraitinin üstünlük təşkil
edəcəyi, əsasən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim
cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-12 dərəcə
isti təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 16-da hava şəraitinin
gecə və axşam əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2
dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6
dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə
havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.
Dekabrın 16-dan 18-dək Abşeron yarımadasının hava şəraitində
mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas
insanlar üçün nisbətən əlverişlidir.
O.M