
4 ay Çeçenistanda əsirlikdə olan 400 Türkiyə vətəndaşı bu gecə ölkəsinə qayıdır
Rusiyanın Çeçenistan Respublikasında inşaat sektorunda çalışan Türkiyə vətəndaşları Rusiyadan deportasiya olunublar. Onlar 4 ay ərzində möhtəşəm "Grozny City" mərkəzinin tikintisində çalışsalar da, əməkhaqqı ala bilməyiblər. Lakin müəyyən qüvvələrin mənəvi və fiziki təzyiqi altında pulsuz işləməli olublar.
Çeçenistan miqrasiya xidmətinə istinadən xəbər yayan Life News agentliyi məlumat verir ki, Türkiyə vətəndaşları gecə saatlarında öz ölkələrinə yollanacaqlar. Çeçenistan rəsmiləri bunu əcnəbilərin vizalarının vaxtının bitməsi ilə izah edirlər. Lakin fəhlələr iddia edirlər ki, onların briqadiri, əslən çeçen olan Türkiyə vətəndaşı Suri Alper bir müddət əvvəl sənədlər, pullar və vizalarla birlikdə Azərbaycana qaçıb. Başqa sözlə desək, fəhlələrə çatacaq 4 aylıq əməkhaqqının bir qismi kriminal Çeçen rəhbərliyi ilə bölüşdürdükdən sonra qalanını mənimsəyib. Məhz bu səbəbdən də Çeçenistanda fəhlələrə bildirilib ki, sifarişçi təşkilat inşaat şirkətinə, o isə öz növbəsində fəhlələrə borclu deyil.
Life News agentliyinə o da bəlli olmuşdur ki, fəhlələr bir müddət əvvəl kömək istəyi ilə həmvətənlərinə video müraciət etmiş, əsirlikdə olduqlarını bildirmişdilər. Həmin süjet məşhur saytların birində yerləşdirilib.
Həyatda da "Qurdlar vadisi" sayıla biləcək yerlər var...
Fuad Borçalı
O.M.