Fransa prezidenti korrupsiya maddəsi ilə cəza aldı

Fransa prezidenti korrupsiya maddəsi ilə cəza aldı

15 Dekabr 2011 15:06
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq prezident Jak Şirak külli miqdarda dövlət əmlakını mənimsəyibmiş

Paris məhkəməsi Fransanın sabiq prezidenti Jak Şirakı korrupsiyanın 2 maddəsi üzrə təqsirli bildi. O, ictimai etimad fondlarının vəsaitini mənimsəməkdə və 1977-1995-ci illər ərzində Paris meri işləyərkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Bundan başqa, onun 1990-1995-ci illər ərzində meriyada saxta iş yerləri açdığı və əməkhaqqı fondunun böyük hissəsini mənimsədiyi sübuta yetirilib. Mövcud ittihamlara görə, Fransa Cinayət Məcəlləsində 10 ilə qədər həbs cəzası və 150 min avro maddi cəza nəzərdə tutulur. Buna baxmayaraq, 79 yaşlı siyasətçi 2 il şərti cəza ilə kifayətləndi.

Xatırladaq ki, korrupsiya ittihamı üzrə məhkəmə araşdırması 2011-ci ilin mart ayından başlayıb. Şübhəli şəxs qismində adı keçən 10 nəfərdən birinin prosesi Kasasiya məhkəməsinə verilməsi barədə vəsatəti birinci məhkəmə instansiyası tərəfindən rədd edilib.

Həkimlər sabiq prezidentin səhhətini nəzərə alaraq məhkəmə qarşısında başqa bir vəsatət qaldırıblar. Məhkəmə heyəti Jak Şirakın iclaslarda iştirak etməməyinə icazə veriblər.

Xatırladaq ki, Jak Şirak 1995-1997-ci illər ərzində Fransanın prezidenti vəzifəsində çalışıb.

Bu dəfə replikaya ehtiyac qalmadı. Nəticəni özünüz çıxarın...

Fuad Borçalı

O.M.