Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

20 Aprel 2011 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytından verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Bəzi yerlərdə duman olacaq. Arabir güclənən mülayim cənub-qərb, qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-10 dərəcə isti, günün birinci yarısında 16-21 dərəcə isti, axşama doğru 13 dərəcəyədək isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 20-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Havadan asılı olmayaraq, hamınıza aydın səma arzulayırıq...

Elvin Babayev

O.M.