Misirdə nümayişlər zamanı 846 nəfər ölüb

Misirdə nümayişlər zamanı 846 nəfər ölüb

20 Aprel 2011 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

Misirdə İnsan Haqlarının Müdafiəsi Komissiyası sabiq prezident Hüsnü Mübarəkin devrilməsi ərəfəsində 846 nəfər günahsız insanın ölməsi haqqında sənəd açıqlayıb. Sənəddə polislərin xalqa qarşı silahdan istifadə etdiyi də qeyd olunur. Bundan başqa, sənəddə polislərin xalqın üstünə maşın sürməsi, evlərin damlarında xüsusi silahlı dəstələrin yerləşdirilməsi haqında da məlumatlar yer alıb. Həmçinin ölkədə baş vermiş nümayişlər zamanı ümumilikdə 6400-dən artıq insanın yaralandığı qeyd olunur.

Zaman bir sualın cavabını verəcək. Görəsən, bütün bunlara dəyərdimi?!.

Hafiz Əhmədov

O.M.