Azərbaycanın görkəmli şəxsləri Qədir Rüstəmovun vəfatı ilə bağlı başsağlığı veriblər

Azərbaycanın görkəmli şəxsləri Qədir Rüstəmovun vəfatı ilə bağlı başsağlığı veriblər

15 Dekabr 2011 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri xalq artisti Qədir Rüstəmovun vəfatı ilə əlaqədar başsağlığı veriblər. Nekroloqda deyilir: "Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verib. Milli musiqi sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov 2011-ci il dekabr ayının 14-də, ömrünün 77-ci ilində vəfat edib.

Xatırladaq ki, Qədir Rüstəmov 1935-ci il noyabrın 20-də Ağdam rayonunda anadan olub. Orta məktəbi bitirərək əvvəlcə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində, daha sonralar isə Üzeyir Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. Ustad sənətkarlarımızdan muğamın incəliklərini mənimsəyən Qədir Rüstəmov bu illər ərzində xanəndəlik sənətinin sirlərinə daha da dərindən yiyələnməyə müvəffəq olub. Gənc yaşlarından Ağdamda mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmov nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanıb. O, ömrünün sonuna kimi xanəndəlik sənətinə sadiq qalıb.

O.M.