
Ermənistan Ordusu atəşkəsi pozdu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 14-də saat 17.00-dan 17.10-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.10-dan 21.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.30-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.40-dan 16.45-dək, 21.45-dən 22.10-dək, 23.10-dan 23.45-dək və dekabrın 15-də saat 02.00-dan 02.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.