Hindistanda 1 kənddə alkoqol zəhərlənməsindən 45-dək adam öldü

Hindistanda 1 kənddə alkoqol zəhərlənməsindən 45-dək adam öldü

15 Dekabr 2011 00:03
Bəyəndim (0) Bəyənmədim (0)
Keyfiyyətsiz spirtli içkilərdən kütləvi zəhərlənmə halları Hindistanda bir neçə dəfə baş verib

Hindistanın şərqində yerləşən Qərbi Benqaliya ştatının Sanqrampur kəndində əldə düzəltmə spirtli içkidən 150-dək insan zəhərləndi. ИТАР-ТАСС-ın yerli mətbuata istinadən yaydığı xəbərdə bildirilir ki, zəhərlənmə nəticəsində 40 nəfərdən çox insan ölüb, 100 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, hindlilər ötən gecə böyük bir ziyafətdə bu içkini içiblər və bir neçə saat ərzində kənddə kütləvi şəkildə qarın, bağ ağrıları, ürəkbulanma halları yayılmağa başlayıb. Kənd rəhbərliyi qurbanların sayının arta biləcəyini istisna etmir. Hələlik alkoqollu içkilərin qanunsuz idxalı və satışına görə, 4 nəfər şübhəli şəxs qismində həbsə alınıb.

Xatırladaq ki, keyfiyyətsiz spirtli içkilərdən kütləvi zəhərlənmə halları Hindistanda bir neçə dəfə baş verib. 2009-cu ilin iyulunda analoji səbəblə Qucarat ştatında 122, 2008-ci ildə Tamilnad və Andxra-Pradeş ştatlarında ümumən 170 sakin həyatı ilə vidalaşmalı olub.

Keyfiyyətsiz spirtli içki sağlamlığı zəhərləsə də, keyfiyyətlisi insanın ruhunu zəhərləyir...

Sərvər Aslanov

O.M.