
Rusiya Qəbələdə yeni hərbi qurğu quraşdırmaq niyyətindədir
Bu gün Bakıda Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin artırılmasına dair məsələlərin nizamlanması ilə bağlı Azərbaycan-Rusiya danışıqları başlayır.
Rusiya nümayəndə heyətinə müdafiə nazirinin müavini
Anatoli Antonov rəhbərlik edir. Danışıqlar dekabrın 15-dək davam edəcək.
Qeyd edək ki, Qəbələ RLS-in Rusiya tərəfindən icarəyə
götürülməsinə dair on illik müqavilənin müddəti gələn il dekabrın 24-də başa
çatır. Rusiya Müdafiə Nazirliyi bu müqavilənin müddətinin 2025-ci ilədək
artırılmasını istəyir. Azərbaycanın da illik icarə haqqını artırmaq niyyətində
olduğu barədə mətbuatda xəbərlər yer alıb. Rusiyanın müdafiə naziri Anatoli
Serdyukov isə bildirib ki, onlar icarə haqqını əvvəlki kimi saxlamaq, icarəyə
götürülən ərazinin həcmini azaltmaq niyyətindədirlər. Danışıqlar uğurla başa
çatsa, Rusiya indiki stansiyanın yerləşdiyi ərazidə yeni mobil radiolokasiya
sistemi quraşdıracaq.
O.M.