Elmira Süleymanova prezidentdən 70 məhbusun əfv olunmasını xahiş etdi

Elmira Süleymanova prezidentdən 70 məhbusun əfv olunmasını xahiş etdi

13 Dekabr 2011 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ombudsman Elmira Süleymanova Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əfv fərmanı imzalanması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. Bu barədə jurnalistlərə açıqlama verən Elmira Süleymanova bildirib ki, prezidentə əfv olunması məqbul sayılan şəxslərin siyahısı təqdim olunub, bu siyahıda 70-dən çox şəxsin adı var: "Bizim əvvəllər də təqdim etdiyimiz siyahılarda ahıllar, xəstələr, qadınlar, yeniyetmələr, jurnalistlər və bu kimi kateqoriyalardan olan insanlar üstünlük təşkil edib. Yəni istəyirik ki, əfv fərmanı imzalanan zaman bu kateqoriyadan olan insanlara hansısa formada üstünlük verilsin. Ümumilikdə Ombudsman Aparatı təsis olunduqdan bəri bizim təşəbbüsümüzlə 339 məhbus əfv olunaraq azadlığa buraxılıb. Əfv fərmanı humanist hisslərlə yaşayan Azərbaycan vətəndaşları üçün sevindirici hadisədir".

O.M.