
Ermənistan Ordusu Dağlıq Qarabağ cəbhəsində atəşkəsi pozdu
Düşmən cavab atəşi ilə susduruldu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusu dekabrın 12-də saat 15.55-dən 16.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.35-dən 11.50-dək və dekabrın 13-də saat 01.40-dan 01.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.00-dan 05.15-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər