“Cəfər Cabbarlı” və “Xətai” stansiyalarını birləşdirən tuneldə tüstülənmə olub

“Cəfər Cabbarlı” və “Xətai” stansiyalarını birləşdirən tuneldə tüstülənmə olub

15 May 2018 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arasında hərəkət edən qatarlarında qrafikində təxminən 20 dəqiqə gecikmə qeydə alınıb.

"Xətai" stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.

Bu xəbərdarlıqdan sonra isə sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.

Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında bildirib ki, gecikməyə səbəb adı çəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib. (report)