Təhsil nazirinin sabiq müavini: "Hər şey yaxşıdır, heç bir problem yoxdur"
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Təhsil nazirinin sabiq müavini İradə Hüseynova deyib. O, Bakı Dövlət Universitetində çalışdığını, həmçinin hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü kimi fəaliyyətini davam etdirdiyini bildirib. İ.Hüseynova işdən çıxarılmasının səbəbləri barədə danışmaq istəməyib.
Qeyd edək ki, tarix elmləri doktoru, professor İradə Hüseynova 2002-ci il avqust ayından 2011-ci ilin sentyabrın ortalarına qədər Təhsil nazirinin müavini işləyib.
O.M.
Digər xəbərlər


























































































