Rusiyada əldəqayırma təyyarə qəzaya uğrayıb

Rusiyada əldəqayırma təyyarə qəzaya uğrayıb

12 May 2018 05:46
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında əldəqayırma uçan aparat sərt eniş edib.

"Report" xəbər verir ki, hadisə Tosnensk rayonunun Poçinok qəsəbəsi yaxınlığında meşə zolağına düşüb.

Hava gəmisinin göyərtəsində 2 nəfər olub.

Onlardan biri aldığı yaralardan hadisə yerində ölüb. Digər ekstremal xəstəxanaya yerləşdirilib.