
Fukuşima-1 AES-in yaxınlığında 4.7 maqnitudalı zəlzələ baş verdi
Dağıntı və itkilər barədə məlumat verilmir
İtar-Tass xəbər agentliyinin məlumatına görə, bu gün səhər saatlarında Yaponiyanın Fukuşima-1 Atom Elektrik Stansiyasının yaxınlığında 4.7 maqnitudalı zəlzələ baş verdi. Zəlzələnin episentri
Miyaqi əyalətində yerin 50 km dərinliyinə düşürdü.
Yaponiya Milli Meteorologiya İdarəsindən bildirilir ki, sonuncu zəlzələ sunamiyə səbəb olmadı. Bununla belə, dağıntı və itkilər barədə məlumat verilmir.
Xatırladaq ki, zəlzələ Yaponiyanın 8 əyalətində, o cümlədən Fukuşimada hiss olundu.
O.M.
Digər xəbərlər