İranda “Azər-türk” sərgisinə basqın edildi
İranda fəaliyyət göstərən "Azər-türk" nəşriyatının təşkil etdiyi kitab sərgisinə basqın olub.
Axar.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən Tehranda təşkil olunan kitab sərgisinə daxil olan bir qrup şəxs sərgini izləməyə gələn izdihamın qarşısına çıxaraq, "Siz azərisiz", "Siz türk deyilsiz", "Bunlar türkləri təhqir edirlər" və s. kimi ifadələr işlədiblər.
Şahidlərin bildirdiynə görə, zalda olan mühafizə əməkdaşları müdaxilə etmədən baş verən hadisəni sadəcə izləməklə kifayətləniblər.
Digər xəbərlər