Baş nazirin avtomobil karvanı qəzaya uğrayıb

Baş nazirin avtomobil karvanı qəzaya uğrayıb

8 May 2018 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan Baş naziri Muhammetkalı Abılqaziyevin avtomobil karvanı ölkənin cənubunda qəzaya uğrayıb. Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. Oş vilayət polisinin verdiyi məlumata görə, hökumət başçısı M.Abılqaziyevin ölkənin cənubunda yerləşən Oş və Cəlalabad vilayətlərinə işgüzar səfəri zamanı kortejdə olan iki avtobili qəzaya uğrayıb. Qəza Oş vilayətinin Uzgen rayonunda, baş nazirin maşın karvanı Cəlalabad vilayətindən Oş şəhərinə gedən zaman baş verib. Eyni istiqamətdə hərəkət edən avtomobildə texniki nasazlıq baş verdiyindən kortejdəki digər maşınlarla toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.