Liberal Partiyasının sədri, hüquqşünas Əvəz Temirxan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmədi

Liberal Partiyasının sədri, hüquqşünas Əvəz Temirxan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmədi

9 Dekabr 2011 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Liberal Partiyasının sədri, hüquqşünas Əvəz Temirxan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməyib. Partiyanın bununla bağlı yaydığı bəyanatda bildirilir ki, ali təhsilli hüquqşünas Əvəz Temirxan Vəkillər Kollegiyasına üzv olmaq üçün sənədlərini Kollegiyanın Rəyasət Heyətinə təqdim edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 26-da keçirdiyi test imtahanını uğurla verib. Lakin dekabrın 8-də Vəkillər Kollegiyasının İxtisas Komissiyasının keçirdiyi müsahibə zamanı Ə.Temirxanın Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmasına müsbət rəy verilməyib. Azərbaycan Liberal Partiyası hesab edir ki, Əvəz Temirxanın Vəkillər Kollegiyasını üzvlüyünə qəbul olunmaması onun müxalifətçi siyasi fəaliyyəti ilə bağlıdır. Partiya Ə. Temirxanın hüquqlarının bərpa olunmasını tələb edir.

O.M.