
Fransa səfirinin müavininin əri Rusiyada döyüldü
37 yaşlı Saif Avil restorandan çıxarkən üzərinə tanımadığı insanlar hücum ediblər. İnsident Moskvanın mərkəzində "Большая Якиманка" küçəsində yerləşən restoranların birinin ərazisində baş verib.
Rusiya mətbuatının R.F. İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 2:45 radələrində Fransanın Rusiyadakı səfirliyinin müşaviri, eyni zamanda səfirin iqtisadi siyasət məsələləri üzrə müavininin həyat yoldaşı Saif Avil adlı şəxs hücuma məruz qalıb. Səfirlik səlahiyyətlisinin əri dostu ilə bərabər restorandan çıxarkən tanımadığı insanlar tərəfindən döyülüb. Ehtimal olunur ki, dava tərəflər arasında münaqişə nəticəsində baş verib.
Saif Avilin dostu ciddi xəsarət almasa da, o özü ağır bədən xəsarətləri ilə Botkinsk adına xəstəxananın diplomatik korpusuna yerləşdirilib. Xəstəxanadan bildirilir ki, pasientə sağ göz almacığının çatlağı, alt göz qapağının açıq yarası, çənə altının açıq yarası diaqnozu qoyulub.
Faktla başlı araşdırma aparılır.
Dərviş Parisi partlada bilməsə də, ruslar fransızın çənəsini partlada bildilər...
Fuad Borçalı
O.M.