Sumqayıtda tibb bacısını avtomobil vurub

Sumqayıtda tibb bacısını avtomobil vurub

3 May 2018 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində 35 yaşlı qadını avtomobil vurub.

Hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1983-cü il təvəllüdlü Sevil Şəhriyar qızı Zeynalova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, S.Zeynalova özəl xəstəxanaların birində tibb bacısı işləyir.

Faktla bağlı araşdırma aparılır.(report)