Zığda torpaq sürüşməsi baş verdi

Zığda torpaq sürüşməsi baş verdi

9 Dekabr 2011 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı rayon İcra Hakimiyyətindən bildirilir ki, rayonun Zığ qəsəbəsi ərazisində torpaq sürüşməsi faktı qeydə alınıb. Baş vermiş torpaq sürüşməsi nəticəsində ölən və xəsarət alan olmasa da, bir neçə yaşayış evində çatlar əmələ gəlib, bir yaşayış binası təhlükə ilə üzləşib. Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri araşdırma aparırlar. Araşdırmanın sonunda ictimaiyyətə məlumat veriləcək.

O.M.